Xəbər lenti

İdman 09:27 05.08.2025

"Qarabağ" Çempionlar Liqasında növbəti oyununu bu gün keçirəcək

"Qarabağ" klubu UEFA Çempionlar Liqasında növbəti oyununu bu gün keçirəcək.

Qaynarinfo xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv turnirin III təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Azərbaycan çempionu Şimali Makedoniyada yerli "Şkendiya" komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Görüşün baş hakimi slovakiyalı İvan Krujlyak olacaq.

Qeyd edək ki, avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq.

Çempionlar Liqası
III təsnifat mərhələsi
İlk oyun

5 avqust
22.00 Şkendiya (Şimali Makedoniya) - Qarabağ (Azərbaycan)
Hakimlər: İvan Kruzliaka, Branislav Hançko, Yan Pozor, Peter Kraloviç (Slovakiya).
VAR: Mixal Oçenaşa (Slovakiya).
AVAR: Boris Marhefkaya (Slovakiya).
Skopye, "Todor Proeski" stadionu.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->