Xəbər lenti

Tramp İrana qarşı sanksiyaların müddətini bir il artırdı
Siyasət 22:31 06.11.2025

Tramp İrana qarşı sanksiyaların müddətini bir il artırdı

ABŞ Prezidenti Donald Tramp İrana qarşı sanksiyaların müddətini daha bir il müddətinə uzatmaq barədə qərar qəbul edib.

"Report" xəbər verir ki, bu barədə ABŞ liderinin bəyanatında deyilir.
Tramp vurğulayıb ki, ABŞ-nin İranla münasibətləri hələ normallaşdırılmayıb, amma 19 yanvar 1981-ci ildən ikitərəfli razılaşmaların icrası prosesi hələ reallaşdırılma mərhələsindədir.
Söhbət ABŞ və İran arasında Əlcəzair razılaşmasından gedir.
Onlar 1979-cu il inqilabından sonra Tehranda bir ildən çox girovluqda qalan amerikalı diplomatların azad edilməsinə səbəb olub.

14 noyabr 1979-cu ildə ABŞ-ın 39-cu prezidenti Cimmi Karter Tehranda amerikalı girovların ələ keçirilməsinə cavab olaraq 12170 saylı İcra Sərəncamı imzalayıb. ABŞ Maliyyə Nazirliyinə İranın ABŞ-dakı bütün rəsmi aktivlərini, o cümlədən Amerika banklarındakı hesablarını dondurmaq əmri verilib.

Bu faktiki olaraq İrana qarşı ilk cəza iqtisadi tədbirlərinin tətbiqi ilə əlamətdar olub. 1980-ci il aprelin 7-də Karter Tehranla diplomatik əlaqələri kəsib və ABŞ-ın İrana bütün ixracatını, o cümlədən ərzaq və dərmanları qadağan edib. Bundan sonra İrandan ABŞ-yə bütün idxal mallarına embarqo və amerikalıların İrana səyahətinə qadağa qoyulub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->