Xəbər lenti

Sumqayıt Teatrında “Gəlinlərin savaşı” hazırlanır
Foto 15:55 06.11.2025

Sumqayıt Teatrında “Gəlinlərin savaşı” hazırlanır

Sumqayıt Dövlət Dram Teatrında görkəmli yazıçı Mirzəağa Atəşin "Şərəfin sandığı” pyesi əsasında "Gəlinlərin savaşı” adlı yeni komediya tamaşasının məşqlərinə başlanılıb.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, rejissorlar Ümid Abbaszadə və Ləman Məmmədli, quruluşçu rəssam Osman Salmanov, musiqi tərtibatçısı Telman Qəniyev, rejissor assistenti isə Fazilə Rzayevadır.

Yeni səhnə əsərində əməkdar artistlər Fəranə Musayeva, İlahə Səfərova, eləcə də aktyorlar İlahə Səfərova, Məryəm Hüseynli, Aynur Hümmətova, Şəmistan Süleymanlı, Kamran Muradlı, Emil Həmidov və  Şəhriyar Aşkari  rol alırlar.

"Gəlinlərin savaşı” ailə münasibətlərinə yumor prizmasından baxan, 3 ərköyün gəlinlə sülhsevər qayınananın qarşıdurması üzərində qurulmuş maraqlı komediyadır. Gəlinlərin eqosu və qayınanaya qarşı davranışları ailədə gərginlik yaradır. Lakin müdrik qayınana bu vəziyyəti zəka və təmkinlə həll edərək ailədə harmoniya yaradır.

Komediyada məişət münaqişələrinin doğurduğu gülməli vəziyyətlər tamaşaçını həm əyləndirəcək, həm də düşündürəcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->