ABŞ-da bir televiziya aparıcısının "Ay bizimdir” çıxışı gülüşlərə səbəb olsa da, arxa planda dövlətlər və şirkətlərin ciddi bir yarış içində olduğunu ortaya çıxardı. 1967-ci ildə imzalanan beynəlxalq kosmos antlaşmaları, günümüzdəki mədənçilik və yaşayış planları qarşısında kifayət qədər effektiv qala bilirmi?
Qaynarinfo xəbər verir ki, insanın Ay səthinə ilk addımından iki il əvvəl, Soyuq müharibənin ən gərgin günlərində səssizcə tarixi bir imza atılıb. 1967-ci ildə qüvvəyə minən Xarici Kosmik Müqaviləsi göy üzündəki kəşflərin sərhədlərini müəyyən edib, kosmosun bütün insanlığın ortaq mirası olduğunu təsbit edib. Lakin son dövrlərdə ABŞ mediasında yayılan bəzi iddialar, bu "tozlu” beynəlxalq hüquq sənədini yenidən müzakirə mövzusuna çevirib.
"Ay bizimdir" deyən aparıcının sözləri yalnız şou deyil
"Fox News" aparıcısı Jesse Uottersin canlı yayımda dediyi "Ay bizimdir, ona biz sahibik" sözləri sosial mediada gülüş doğursa da, mövzunun dərinliyi sadəcə bir televiziya şousu deyil. Kosmos hüququ üzrə ekspertlər bildirirlər ki, bu tip ifadələrin altında gizlənən mülkiyyət hırsı gələcəkdə ciddi diplomatik böhranlara səbəb ola bilər. Əgər sadəcə "ilk gələn sahib olur” prinsipi işlətsəydik, bu gün göy üzündə hər ulduz üzrə minlərlə fərqli hüquq iddiası olardı.
Xarici Kosmik Müqaviləsi nə deyir?
Müqavilənin ikinci maddəsi açıq şəkildə bildirir: Ay da daxil olmaqla heç bir göy cismi üzərində suverenlik qurula bilməz, işğal edilə bilməz və mülkiyyət iddiasında bulunula bilməz. Yəni Ay heç bir dövlətin tapulu ərazisi ola bilməz. Lakin müqavilə mətnindəki bəzi boşluqlar ölkələrin bu qaydaları öz xeyrinə şərh etməsinə imkan yaradır.
Mississippi Universitetindən professor Mişel Hanlonun qeyd etdiyi kimi, ABŞ 2015-ci ildə qəbul etdiyi qanunla maraqlı bir strategiya tətbiq edib:
"Torpaq iddiasında deyilik, amma ora çıxardığımız resurs bizimdir".
Bu yanaşma Ay mədənçiliyi kimi gələcək kommersiya fəaliyyətləri üçün ciddi bir qeyri-müəyyənlik yaradır. Elmi məqsədlə bir neçə daş nümunəsi gətirmək qəbul edilə bilər, lakin Ay səthində böyük bir mədən qurmaq hüquqi baxımdan "boz sahə” yaradır. Bir ölkə Ay səthinə nüvə reaktoru və ya buraxılış rampası quraşdırdığında, təhlükəsizlik səbəbilə həmin əraziyə girişləri məhdudlaşdırması əslində gizli bir torpaq iddiasını işə salmış olur.
Ortaq miras münaqişə sahəsinə çevrilə bilər
Müqvilənin qüvvəyə mindiyi təxminən 60 il ərzində kosmos texnologiyaları gözlənilməz inkişaf yolunu keçib. Artıq yalnız dövlətlər deyil, xüsusi şirkətlər də Ay səyahətləri üçün bilet satır. Ekspertlər bildirirlər ki, bir kimsə Ayın bir küncünə bayrağını sancıb "Bura mənim mülkümdür” demədən əvvəl, bu köhnə qaydaların yenilənməsi zəruridir.
Mövcud qanunlardakı boşluqlar doldurulmadığı halda, göy üzündəki bu səssiz və sakit miras, yaxın gələcəkdə ciddi diplomatik münaqişələrin səhnəsinə çevrilmək riski daşıyır. İnsanlığın ortaq maraqları üçün imzalanan sənədlər, bu gün milli maraqlar və şirkət mənfəətləri kölgəsində qalma təhlükəsi ilə üz-üzədir.
Aydın
Şərhlər