Macarıstanın baş naziri Viktor Orban Vaşinqtona səfəri zamanı ABŞ prezidenti Donald Trampı Kremlin rəhbəri Vladimir Putinlə görüş keçirməyə inandırmağa cəhd edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian” nəşri
yazır.
İnsayderlərin sözlərinə görə, Orbanın Vaşinqton səfərinin əsas prioriteti Trampı Macarıstana dəvət etməkdir.
Onun müşavirlərinə görə, Trampın səfəri Orbanın dövlət xadimi kimi rolunu gücləndirəcək və onun mühafizəkar elektoratına əlavə enerji verəcək.
Macarıstan hökumətinin xarici siyasət məsələləri üzrə bir qurumunda çalışan mənbə deyib:
"Orban istəyir ki, Tramp seçkilərdən əvvəl Budapeştə gəlsin. Bu, əsas prioritetdir. Onlar Rusiya qazı məsələsini müzakirə edəcəklər, amma Orban üçün ən vacib olan seçkilərdir”.
Orbanın aparat rəhbəri Gergey Quyas bildirib ki, cümə günü keçiriləcək görüş "iki dövlət başçısı üçün ABŞ və Rusiya arasında görüşə, daha sonra isə Rusiya-Ukrayna sülh razılaşmasına aparacaq yol xəritəsini müəyyənləşdirməyə imkan verəcək”.
Məlum olduğu kimi, Tramp hələlik Budapeştdə Putinlə görüşmək fikrindən daşınıb və Rusiya ilə aparılan danışıqların tempi onu məyus etdiyini etiraf edib.
Orbanın səfəri zamanı müzakirə olunacaq əsas məsələlərdən biri də ABŞ-ın "Rosneft” və "Lukoyl” şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalardan Macarıstana istisna verilməsi olacaq.
KİV daha əvvəl yazmışdı ki, Macarıstan baş nazir Viktor Orbanın Vaşinqtona səfəri ərəfəsində ABŞ üçün genişmiqyaslı enerji təklifi hazırlayır.
Alpər
Şərhlər