Xəbər lenti

Ölkə 13:30 18.02.2026

"Delmar Residence"də 9800 manatlıq oğurluq

Xəzər rayonunun Buzovna qəsəbəsində fəaliyyət göstərən "Delmar Residence" istirahət kompleksində oğurluq hadisəsi baş verib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, kompleksdə evlərin icarəsini həyata keçirən şəxsin 9800 manat pulu oğurlanıb. Sonradan məlum olub ki, pulu zərərçəkmişlə bir yerdə işləyən tanışı götürüb. 

Hüquq-mühafizə orqanlarına müraciətdən sonra həmin şəxs saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham irəli sürülüb. 

Cinayət işinə Xəzər Rayon Məhkəməsində hakim Toğrul Məmmədovun sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib. O əməlindən peşman olduğunu, dəymiş zərəri ödədiyini və zərərçəkmişlə barışıq əldə etdiyi deyib. Buna görə də hakimdən ona yüngül cəza verməsini xahiş edib. 

Məhkəmənin hökmü ilə müttəhimə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Onun ev dustaqlığı və həsbdə saxlanıldığı 2 ay 22 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 6  ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. 

Seyid
--> -->