Xəbər lenti

Kardioloqdan xəbərdarlıq:
Sağlamlıq 14:55 03.08.2025

Kardioloqdan xəbərdarlıq: "Ayaq ağrısı infarktın xəbərçisi ola bilər"

Medical Point Qaziantep Xəstəxanasında çalışan kardiologiya üzrə mütəxəssis Dr. Erhan Yazıcı ürək və damar xəstəliklərinin ilkin əlamətləri barədə vacib məlumatlar paylaşıb. 

Qaynarinfo xəbər verir ki, o, xüsusilə yeriyərkən ayaqlarda ağrı, keyimə və qıcolmaların diqqətdən yayınmaması lazım olduğunu bildirib. Bu əlamətlər periferik arter xəstəliyi (PAH) kimi ciddi damar probleminin göstəricisi ola bilər.

Dr. Yazıcı vurğulayıb ki, ayaq damarlarında tıxanma olan insanlarda eyni zamanda ürək damarlarında da problemlər ola bilər. Bu hallar isə infarkt və ya insult (beyin damar tıxanıqlığı) riskini artırır.

Aşağıdakı şəxslər bu cür damar xəstəlikləri baxımından daha yüksək risk daşıyır:

* Siqaret çəkənlər
* Hipertoniya (yüksək təzyiq) xəstələri
* Xolesterini yüksək olanlar
* Şəkərli diabet (diabet) xəstələri
* 50 yaş və üzəri şəxslər
* Az hərəkətli həyat tərzi sürənlər

Dr. Yazıcı bildirib ki, bəzi hallarda bu damar tıxanıqlığının müalicəsi əməliyyatsız – dərman və həyat tərzində dəyişikliklərlə də mümkün ola bilər.

Əlamətlərə diqqət:

* Yürüş zamanı ayaqlarda ağrı, kramp, keyimə
* İstirahət zamanı bu ağrıların keçməsi
* Tez-tez təkrarlanan eyni şikayətlər

Bu simptomlar müşahidə edilərsə, mütləq bir kardioloqa müraciət edilməlidir.

Dr. Yazıcı əlavə edib ki, PAH xəstəliyi bəzən illərlə simptom vermədən irəliləyə bilər, lakin vaxtında aşkarlandıqda həm həyat qurtarıcı, həm də həyat keyfiyyətini artıran nəticələr mümkündür. Buna görə risk altında olan şəxslər müntəzəm olaraq ürək-damar müayinəsindən keçməlidir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->