Hesablama Palatası Dövlət Gömrük Komitəsində nöqsanlar aşkarlayıb.
Qaynarinfo bu barədə palataya istinadən xəbər verir.
Bildirilib ki, komitənin depozit və tapşırıqlar hesabının (Fond 7) qalığı büdcədənkənar vəsaitlər (xərclənməsinə sərəncamvermə hüququ Komitədə olan) üzrə 01.01.2024-cü il tarixinə 4659,51 min manat, 01.01.2025-ci il tarixinə 4891,08 min manat təşkil etdiyi halda həmin pul vəsaitlərinin hərəkətinin komitənin müvafiq maliyyə uçotu sənədlərində əks etdirilməsi təmin edilməyib.
2023-cü ildə dövlət mülkiyyətinə keçirilmiş əmlakın satışından daxil olmaqla müvafiq xərclər çıxıldıqdan sonra qalan 24,6 min manat məbləğində vəsait "Azərterminalkompleks” Birliyi tərəfindən Komitənin aidiyyəti xəzinə hesabına deyil, hesabın möhkəmləndirilməsi adı altında birliyin bank hesabına yönəldilib.
Auditlə toplanmış sübutlar müvafiq informasiya mənbələrinin (o cümlədən, ilkin uçot sənədlərinin) mövcud olmasına baxmayaraq inzibati cərimələrin hesablanmış, ödənilmiş və borc məbləğlərinin ünvanlı uçotunun (o cümlədən, reyestrinin (tətbiq edilmiş cərimələr üzrə ilin əvvəlinə qalığı olan şəxslərin adlı siyahısı, eləcə də gömrük qaydaları əleyhinə olan inzibati xətalarla bağlı İnzibati Xətalar Məcəlləsinin maddələri səviyyəsində inzibati xətalar haqqında işlər üzrə tərtib edilmiş protokolların sayı, aşkar edilmiş xətaların sayı, tətbiq edilmiş cərimələrin sayı, məbləği və s. rekvizitlər üzrə) tam aparılmadığı müəyyən edilib.
"Azərterminalkompleks” Birliyi tərəfindən Komitənin yeni inzibati binasının tikintisi çərçivəsində bağlanılmış müqavilələr üzrə aparılmış hesablaşmalarla kapitallaşdırılmalı olan dəyərin 17988,8 min manata bərabər olduğu halda maliyyə uçotu sənədlərində 2733,9 min manat az əks etdirilməyib.
Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək yol verilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması çərçivəsində 966,1 min manatının dövlət büdcəsinə və 828,2 min manatının natura ifadəsində bərpa olunması, 3166,5 min manatının maliyyə (mühasibat) uçotuna) uçota alınması nəzərə alınmış, digər nöqsanların aradan qaldırılmasına dair irəli sürülmüş təkliflərin yerinə yetirilməsi, eləcə də aşkar edilmiş müvafiq məsələlərlə əlaqədar qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərə uyğun zəruri tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti quruma zəruri sənəd və məlumatların göndərilməsi barədə qərar qəbul edib.
Şərhlər