Xəbər lenti

Azərbaycanlıların Gürcüstana marağı artıb - Rəqəmlər nə deyir?
Ekonomiks 18:00 21.04.2026

Azərbaycanlıların Gürcüstana marağı artıb - Rəqəmlər nə deyir?

Azərbaycanlı turistlərin son illər Gürcüstana marağı artıb. 

Qaynarinfo xəbər verir ki, bunu statistiki rəqəmlər də təsdiqləyir. 

Gürcüstan Milli Bankının açıqladığı rəqəmlərə görə, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan olan turistlərdən gəliri 48,1 milyon dollar təşkil edib. Doğrudur, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 1 % az olsa da, qeyd edilən göstərici sadəcə ilin bir rübünü əhatı edir. Azərbaycanlıların Gürcüstana səfərlərinin və maraqlarının bir neçə səbəbi var. Bu səbəblər arasında iki ölkənin qonşu olması, sadə viza rejimi, sənədləşmə ilə bağlı prosedurların asanlığı, qiymətlər, azərbaycanlıların istirahət seçimləri, mədəniyyət oxşarlığı, mətbəx maraqları və s. 

Bundan başqa, Gürcüstanının paytaxtı Tbilisi, Batumi kimi şəhərləri dünyadan olan tursitlərin marağını cəlb etdiyi kimi, azərbaycanlı turistlərin də hər zaman marağında olub. Üstəgəl də, bu ölkənin geniş turistik imkanları, daha az büdcə ilə istirahət etmək istəyən azərbaycanlıları qonşu ölkəyə cəlb edən əsas səbəblərdən biridir. Ölkəmizdə də geniş marağa səbəb olan gürcü mətbəxi həm də turistləri cəlb edən səbəblərdən biridir. 

Viza və sənəd işinin azlığı da aəzrbaycanlıların səfər etmə səbəbləri arasındadır. İnsanlar adətən ilk səfərlərini dah ayaxın, daha az büdcəli, turistik imkanları geniş olan ölkələrə etməyə üstünlük verir. 

Bundan başqa. Gürcüstan hələ də bir çox ölkələrlə müqayisədə daha sərfəlidir. Otel, yemək və nəqliyyat xərcləri münasibdir. Bu da orta gəlirli ailələr üçün cəlbedici edir.

Gürcüstanın bəzi bölgələrində azərbaycanlıların kompakt halda yaşaması, bu ölkə ilə daim əlaqə, ora səfər edənlərin sayının artmasına, marağın çox olmasına təsir göstərən səbəblər içərisində göstərilə bilər. Çünki regionda uzun illər qonşuluq şəraitində yaşamaq hər iki ölkə aasında mədniyyət bənzərliyinə də səbəb olub. 

Qeyd etmək yerinə düşər ki, insanlar hansısa ölkəyə səfər edərkən, istirahətlə bərabər alış-verişə də pul ayırırlar. Bu da həmin ölkədə xərclənən pullarla bağlı statistik göstəricilərə təsir edir. 
 
Günay İlqarqızı

--> -->