Almaniya mühafizəkarlarının lideri Fridrix Mers gözlənilənin əksinə olaraq parlamentdə kansler vəzifəsinə seçilmək üçün tələb olunan səs çoxluğunu ala bilməyib. Bu, Xristian Demokratlar İttifaqı (XDS) ilə sol-mərkəzçi Sosial Demokrat Partiyası (SDP) arasında formalaşdırılmış koalisiyanın davamlılığını sual altına qoyub.
Qaynarinfo xəbər verir ki, Bundestaq – parlamentin aşağı palatası – indi yeni səsvermə keçirmək üçün 14 gün vaxt əldə edib. Almaniya hökumətinin başçısı yalnız mütləq səs çoxluğu ilə seçilə bilər və bu, ya XDS lideri Fridrix Mers, ya da digər namizəd ola
bilər.
Ötən çərşənbə günü SDP XDS/XSS ilə koalisiya razılaşmasını təsdiqləmişdi. Fevralda keçirilən növbədənkənar seçkilərdə XDS/XSS 28,5% səs toplayaraq birinci olmuşdu. Sosial-demokratlar isə seçkilərdə müasir Almaniya tarixində ən zəif nəticə – cəmi 16,4% səslə çıxış etmişdi.
Alpər
Şərhlər