Xəbər lenti

Bu rayonda çörək emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı
Ölkə 21:38 27.08.2025

Bu rayonda çörək emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Kəngərli rayonu Xok kəndində fəaliyyət göstərən Abtalıbov Sabir Zakir oğluna məxsus çörək emalı müəssisəsində ciddi nöqsanlar aşkar edilib. 

Qaynarinfo xəbər verir ki, müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmiz saxlanılmadığı, qapı və pəncərələrdə qoruyucu torlardan istifadə olunmadığı, dezinfeksiya işlərinin aparılmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi, obyektin qida təhlükəsizliyi qeydiyyatına alınmadığı və təmirə ehtiyacının olduğu aşkarlanıb. 

Aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək emal müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->