Xəbər lenti

Azərbaycan klubundan 19 futbolçunun göndərilməsinin səbəbi bəlli oldu
İdman 22:12 27.08.2025

Azərbaycan klubundan 19 futbolçunun göndərilməsinin səbəbi bəlli oldu

"Cəbrayıl" klubundan 19 futbolçunun göndərilməsinin səbəbi açıqlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə komandanın yeni baş məşqçisi Bəxtiyar Soltanov "Report"a danışıb.

O, bu qərarın daha əvvəldən verildiyini bildirib:

"Futbolçuların göndərilməsi ilə bağlı qərarlar mən kluba gəlməmişdən əvvəl verilib. 19 futbolçunu göndərib, 3-nü saxlamışdılar. Qalanlarını da biz dəvət etmişik. Düşünürəm ki, normal komanda yaratmışıq. Hədəflərimizə gəlincə, ötən mövsümlə müqayisədə yüksək pillələr uğrunda oynayacağıq. Bacardığımız qədər irəli getməyə çalışacağıq".

Mütəxəssis cari mövsümdə bir neçə klubun çempionluğa oynayacağını düşünür:

"Çempionluq niyə də olmasın? Amma indidən konkret nəsə demək düzgün olmaz. Hər şey gedişatdan asılıdır. Çempionatda yaxşı komandalar var. "Şəfa", "Mingəçevir", MOİK və "Zaqatala"nı qeyd edə bilərəm. 3-4 komandanın çempionluq uğrunda oynamaq potensialı olduğunu düşünürəm".

B.Soltanov transfer məsələlərini də yekunlaşdırdıqlarını bildirib:
"Transfer çalışmalarına yekun vurmuşuq. Hazırda komandada beş legioner var. Qalanlar yerli və gənc oyunçulardır".

Qeyd edək ki, Azərbaycanın I Liqasına sentyabrın 11-12-də start veriləcək. "Cəbrayıl" ilk turda səfərdə "Zaqatala"nın qonağı olacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->