Xəbər lenti

Basketbol Liqası: X turda daha iki görüş baş tutacaq
İdman 09:56 19.12.2025

Basketbol Liqası: X turda daha iki görüş baş tutacaq

Azərbaycan Basketbol Liqasının X turunda daha iki görüş baş tutacaq.

Qaynarinfo-nun məlumatına görə, B qrupunun hər iki matçı bu gün Bakı İdman Sarayında keçiriləcək.

Saat 17:00-da "Quba" "Naxçıvan"la üz-üzə gələcək. "Naxçıvan" 16 xalla ikinci yerdə qərarlaşıb. 13 xala malik "Quba" üçüncüdür.

Günün sonuncu matçında "Ordu" "Lənkəran"la qarşılaşacaq. Bakı klubu 18 xalla qrupda liderdir. 12 xala malik "Lənkəran" dördüncüdür.

Qeyd edək ki, turun açılış matçında "Sərhədçi" "Sumqayıt"a 86:83 hesabı ilə qalib gəlib. X tura dekabrın 21-də yekun vurulacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->