Xəbər lenti

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti nə qədər davam edəcək?
Ölkə 17:06 04.08.2025

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti nə qədər davam edəcək?

Bakıda və Abşeron yarımadasında, eyni zamanda, cənub və aran bölgəsi rayonlarında tozlu hava şəraiti müşahidə olunur.

Qaynarifno xəbər verir ki, bunu Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.

O qeyd edib ki, hazırda havada tozun miqdarı normadan 1.1-1.4 dəfə artıqdır.

R.Allahverdiyeva əlavə edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, şərq, cənub-şərq küləkləri vasitəsilə ölkə ərazisinə daxil olub:

"Tozlu hava şəraitinin, meteoroloji vəziyyətdən asılı olaraq, üç gün ərzində davam edəcəyi gözlənilir".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->