"Bakı Metropoliteni": "Asəf İsgəndərli fəaliyyətini öz ərizəsi əsasında dayandırıb" (YENİLƏNİB/AÇIQLAMA)
"Bakı Metropoliteni" QSC iki departament rəisinin işdən çıxarılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Qurumdan Qaynarinfo-ya verilən məlumata görə, "Bakı Metropoliteni"nin Maliyyə departamentinin rəisi Asəf İsgəndərli karyerasında yeni mərhələyə başlamaq məqsədilə fəaliyyətini öz ərizəsi əsasında dayandırıb: "Asəf İsgəndərliyə gələcək fəaliyyətində uğurlar arzu edirik".
Qeyd edilib ki, Təchizat departamentinin rəisi Tərlan Həsənli ilə bağlı yayılan məlumatlar isə həqiqəti əks etdirmir. O, hazırda vəzifəsinin icrasını davam etdirir.
13:19
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində (QSC) iki departament rəisi vəzifəsindən azad edilib.
Qaynarinfo-nun məlumatına görə, QSC-nin Maliyyə departamentinin Asəf İsgəndərli və Təchizat Departamentinin rəisi Tərlan Həsənli işdən çıxarılıb.
Onlar naməlum səbəblərdən "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanovun müvafiq əmri ilə vəzifələrindən azad ediliblər.
Qeyd edək ki, müxtəlif dövlət və özəl qurumlarda çalışmış Asəf İsgəndərli və Tərlan Həsənli bu ilin mart ayında sözügedən vəzifəyə təyin olunmuşdular.
Məsələ ilə bağlı "Bakı Metropoliteni"QSC-yə sorğu ünvanlasaq da xəbər nə təsdiq, nə dəki inkar edilməyib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər