Xəbər lenti

Trampla Zelenski Ağ Evdə görüşdü (YENİIƏNİB)
Video 22:12 18.08.2025

Trampla Zelenski Ağ Evdə görüşdü (YENİIƏNİB)

Vaşinqtonda ABŞ və Ukrayna prezidentləri Donald Trampla Volodimir Zelenski görüşüb.

"Report" xəbər verir ki, Ağ Ev görüşü birbaşa yayımlayıb.

Görüşdə Tramp bildirib ki, Rusiya-Ukrayna münaqişəsinin həllində irəliləyiş görür. O, Rusiya lideri Vladimir Putinlə Alyaskada görüşünü xatırladıb və bildirib ki, indi vəziyyəti həll etmək üçün əla fürsətdir.

Zelenski öz növbəsində Trampa Ukraynada sülhün bərqərar olması üçün göstərdiyi səylərə görə təşəkkür edib. Ukrayna Prezidenti Putinə yazdığı məktuba görə həyat yoldaşı Melani Trampa da minnətdarlığını ifadə edib.

Görüşdə ABŞ tərəfdən dövlət katibi Marko Rubio, vitse-prezident Cey Di Vens, eləcə də xüsusi elçi Stiv Uitkoff, Ukrayna tərəfdən isə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov iştirak edib.
 
21.18
 
Vaşinqtonda ABŞ və Ukrayna prezidentləri Donald Trampla Volodimir Zelenskinin görüşü başlayıb.

Qaynarinfo xəbər verir ki, Ağ Ev görüşü birbaşa yayımlayır.

Ukrayna Prezidenti amerikalı həmkarı Donald Trampla görüşdən əvvəl Finlandiya, Böyük Britaniya, İtaliya və Avropa Komissiyasının liderləri və NATO-nun Baş katibi ilə mövqelərini razılaşdırdığını bildirib.
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->