Xəbər lenti

Tramp Zelenski və Avropa liderləri ilə görüşdən sonra Putinə zəng edəcək
Siyasət 22:59 18.08.2025

Tramp Zelenski və Avropa liderləri ilə görüşdən sonra Putinə zəng edəcək

ABŞ Prezidenti Donald Tramp bildirib ki, o, Ağ Evdə Vladimir Zelenski və Avropa liderləri ilə görüşdən sonra Rusiya Prezidenti Vladimir Putinə nəticələr barədə məlumat verəcək.

APA xəbər verir ki, Ağ Ev rəhbəri bunu Zelenski ilə görüş zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Bugünkü görüşlər başa çatdıqdan dərhal sonra telefon zəngi olacaq. O, mənim zəngimi gözləyir,” – deyə Tramp vurğulayıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->