Xəbər lenti

Tanınmış tiktoker məsuliyyətə cəlb olundu
Ölkə 11:52 07.11.2025

Tanınmış tiktoker məsuliyyətə cəlb olundu

Sosial şəbəkələrdə "Koti” kimi tanınan fenomen Zeynəb Zeynallı məsuliyyətə cəlb olunub.

Teleqraf-ın məlumatına görə, o, qanunsuz qumar oyunlarını təbliğ etdiyi üçün məhkəmə önünə çıxarılıb.

Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə 25 yaşlı tiktoker özünü təqsirli bilərək əməlini etiraf edib. O, 2023-2025-ci illərdə özünə məxsus instaqram hesabında qanunsuz mərc saytlarını reklam etdiyini, bunu bir daha təkrarlamayacağını bildirib.

Hakim Tural Musayevin sədrliyi ilə keçirilən prosesdə Zeynəb Zeynallı İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi üzrə təqsirli bilinib və o, 600 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, onunla bağlı protokolu Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərtib edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->