"İndi salamdan əvvəl adama kart göndərirlər. İnsanların verdiyi salamı almağa adamı peşman edirlər. Salamı alan kimi deyirlər ki, sənə kart göndərmişəm, ona bir 50 manat atarsan".
Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Tacir Şahmalıoğlu deyib. Sənətçi gün ərzində ona 15-20 kart göndərildiyini bildirib:
"Hamısı da pul istəyir. Elə bilirlər, mən pul üstündə yatmışam. Bezmişəm ey, nə qədər olar. Bir nəfər olsa, canla-başla verərsən, günə 20 nəfərə 50 manat versən, 1000 manat edir. Mən haradan alım bu pulu? Onların arasında qazilər də var, onlara canım qurban. Amma bir də var fırıldaqçılar. Yeni fırıldaqçılar çıxıb ortaya, hansı ki, onlar dərdlərini Səhiyyə Nazirliyinə deməlidirlər. Mən səhiyyə naziri deyiləm, fəhlə babayam, camaatın əlinə baxıram, zülmlə pul qazanıram".
Tacir Şahmalıoğlu həmkarı Vasif Məhərrəmli ilə aralarında olan qalmaqala da münasibət bildirib:
"Vasif Məhərrəmli dostumuzdur, amma özünü yaxşı aparmır. Mən ondan başqa bir açıqlama gözləyirdim, daha doğrusu, umurdum. Tacir həyatınının yarısını Rusiyada keçirib. 10 gündür gəlmişəm, bu da deyir ki, Tacirin yeri Rusiya idi. Onun cavabı əsl dost cavabı deyil. Məni tanımır, amma mənə dost deyir".
Qeyd edək ki, Əməkdar artist Vasif Məhərrəmli Tacir Şahmalıoğlunu özündən çıxarıb. Müğənni deyib ki, Tacirin səsi Çindən, Rusiyadan gəlməli idi.
Bahar Rüstəmli
Şərhlər