Xəbər lenti

Pakistan və Hindistanın nüvə silah gücü nə qədərdir?
Dünya 15:49 07.05.2025

Pakistan və Hindistanın nüvə silah gücü nə qədərdir?

Hindistan ilə Pakistan arasında artan gərginlik beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurur. 

Qaynarinfo xəbər verir ki, hər iki ölkənin nüvə silahına sahib olması, bu gərginliyi daha da təhlükəli edir. Bəs Pakistan və Hindistanın nə qədər nüvə silahı var?

Hindistan Cammu və Kəşmir bölgəsinin Pahalgam hissəsində 22 aprel tarixində turistlərə silahlı hücum nəticəsində 26 nəfərin həlak olmasına görə Pakistanı günahlandırır. Pakistan isə bu iddiaları qətiyyətlə rədd edir. 

Bu hadisədən sonra Hindistan Pakistan və onun nəzarətindəki Kəşmir bölgəsində doqquz mövqeyə hava hücumu təşkil edib. Hindistan rəsmiləri hədəflərin etibarlı kəşfiyyat məlumatlarına əsaslanaraq seçildiyini bildirir. Pakistan ordusunun sözçüsü isə üç "Rafale", bir "SU-30", bir "MiG-29" və bir "Heron" pilotsuz uçuş aparatının vurulduğunu iddia edib.

Nüvə silahlarının sayı

Bu sahədə dəqiq rəqəm təqdim etmək çətindir, çünki bu məlumatlar dövlət sirri kimi saxlanılır. Lakin bəzi beynəlxalq təşkilatlar, məsələn, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) hər il bu mövzuda hesabat dərc edir. 

SIPRI-nin 2024-cü ilin yanvar ayına olan hesabatına görə, dünyada ümumilikdə 9 ölkə nüvə silahına sahibdir. Ümumi təxminə 12.121 nüvə başlığından 9.585-i hərbi istifadəyə hazır ehtiyatlarda saxlanılır.

Bu 9.585 başlığın bölgüsü belədir:

Rusiya: 4.380
ABŞ: 3.708
Çin: 500
Fransa: 290
Böyük Britaniya: 225
Hindistan: 172
Pakistan: 170
İsrail: 90
Şimali Koreya: 50

Hindistan və Pakistan oxşar ölçüdə nüvə arsenalına sahibdirlər: Hindistanın 172, Pakistanın isə 170 nüvə başlığı mövcuddur.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->