Xəbər lenti

Ofisiant həbsdən adam
Ölkə 15:52 26.08.2025

Ofisiant həbsdən adam "azad" etdirirmiş - 5 minlik dələduzluq

Quba rayonunda fəaliyət göstərən "Aura" restoranının Tural adlı ofisiantı dəlləduzluq əməlinə görə həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, o, zərərçəkmişə bacısı oğlunu həbsdən azad etdirəcəyi barədə vəd verərək 5000 manat pul alıb. Lakin verdiyi vədi yerinə yetirməyib. 

Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra Tural saxlanılıb. Daha sonra ona Cinayət Məcəlləsinin 178.1-ci (Dələduzluq) maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

Cinayət işinə Abşeron Rayon Məhkəməsində hakim Abusət Qasımovun sədrliyi ilə baxılıb. Məhkəmədə Tural özünü verilmiş ittiham üzrtə təqsirli bilib. O, qeyd edib ki, zərərçəkəndən aldığı pulu şəkər xəstəliyindən əziyyət çəkən azyaşlı övladının müalicəsinə xərcləyib. 

Məhkəmənin hökmü ilə Turala 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun şübhəli şəxs qismində tutulduğu 2 gün müddət təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->