Bakıda idarə etdiyi avtomobildə tanış olduğu qızı narahat edən taksi sürücüsü cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, 2004-cü ildə Bakı şəhərində anadan olmuş Sənan Qurbanov (soyad şərti) qızın şikayəti əsasında saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-c maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.
Məlum olub ki, Sənan taksi xidməti göstərərkən Ə.Ə. adlı xanımla tanış olub. Bundan sonra Sənan onu narahat etməyə başlayıb. Zərərçəkmiş xanım Sənana sevdiyinin olduğunu bildirsə də təqsirləndirilən şəxs ona "mənimlə sevgili olmasan, səni biabır edəcəm" deyib. Bundan narahat olan Ə.Ə. taksi sürücüsü barəsində polisə şikayət edib.
Sənan isə ifadəsində qeyd edib ki, taksi fəaliyyəti ilə məşğul olur və Ə.Ə. ilə taksidə tanış olub. Onu sevdiyini və ailə qurmaq istədiyini deyən sürücü barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edib.
Məhkəmənin hökmü ilə Sənan İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 50 manat cərimə edilib. İnzibati qaydada tutulmuş şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilib.
Aydın
Şərhlər