Ermənistan Azərbaycan və Mərkəzi Asiya ölkələrindən Avropaya elektrik enerjisi və enerji resurslarının tədarükü üçün tranzit habı olmaq istəyir.
Report xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: Strateji mərkəzə çevrilmə yolunda" panel sessiyasında bildirib
.
Kostanyan həmçinin TRIPP ("Tramp marşrutu") layihəsini qeyd edərək onun multimodal xarakterini vurğulayıb.
"Söhbət dəmir və avtomobil yollarından, eləcə də enerji infrastrukturundan - şəbəkələrdən və boru kəmərlərindən gedir. Bu kontekstdə bizim öz marağımız var: Ermənistanın enerji təchizatını şaxələndirmək və eyni zamanda Mərkəzi Asiya və Azərbaycandan daxil olan, Avropa üçün nəzərdə tutulan enerji resursları üçün tranzit qovşağına çevrilmək", - o bildirib.
Şərhlər