Türkiyənin Milli Müdafiə Nazirliyi Ağrı Dağının "GöyTürk-2B” peyki tərəfindən çəkilmiş görüntüsünü paylaşıb.
Qaynarinfo Haber Global-a istinadən xəbər verir ki, nazirliyin sosial media hesabında yer alan məlumatda bildirilib ki, 700 kiloqram kütləyə malik "GöyTürk-2B” peyki fəaliyyətə başladığı gündən bu yana 3 il ərzində 680 kilometr yüksəklikdə Yer ətrafında 16 min 100 dövrə vurub.
Qeyd olunub ki, peyk bu müddət ərzində metrdən aşağı dəqiqlikdə çəkilişlər apararaq ümumilikdə 8 milyon 485 min kvadrat kilometr ərazinin görüntüsünü əldə edib.
Paylaşımda Ağrı Dağının kosmosdan çəkilmiş fotosuna da yer verilib. Bildirilib ki, peyk 15 aprel 2023-cü ildə ABŞ-ın Vandenberg Kosmik Qüvvələr Bazasından buraxılmasının 3-cü ildönümündə Anadolunun ən yüksək nöqtəsini kosmosdan görüntüləyib.
Məlumatda həmçinin qeyd olunub ki, peyk Hava Qüvvələri Kosmos Komandanlığına bağlı Kəşf Peyk Tabur Komandanlığının nəzarəti altında fəaliyyət göstərir və qlobal miqyasda kəşfiyyat missiyasını davam etdirir.
Nazirliyin paylaşımında "GöyTürk-2B peykimiz dünyanın dörd bir yanında uzanan missiyasında kosmosdakı güclü mövcudluğumuzun simvolu olmağa davam edir” ifadəsi yer alıb.
Günay
Şərhlər