Bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.
Qaynarinfo xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçilərindən "Araz-Naxçıvan" da mərhələnin cavab matçına çıxacaq.
Elmar Baxşıyevin komandası Cənubi Kiprdə "Omoniya"nın qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Bakıda keçirilən ilk görüşdə rəqibinə 4 cavabsız qolla uduzan "Araz-Naxçıvan"ı səfərdə də çətin oyun gözləyir.
Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində Avroliqanın PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) cütünün məğlubu ilə görüşəcək.
Konfrans Liqası
III təsnifat mərhələsi
Cavab oyunu
14 avqust
21:00 Omoniya (Cənubi Kipr) - Araz-Naxçıvan (Azərbaycan)
Baş hakim: Yakob Kehlet (Danimarka).
Nikosiya. GSP stadionu.
İlk oyun - 4:0.
Şərhlər