Elm dünyasında yeni bir tədqiqat geniş müzakirələrə səbəb olub. Bu araşdırma kainatda qaranlıq maddənin mövcudluğunu şübhə altına alır və eyni zamanda Kainatın yaşını təxminən iki dəfə artırır.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı "Earth.com" fizika professoru Rajendra Quptanın tədqiqatına istinadən yayıb.
Tədqiqat müəllifinin fikrincə, Kainatın standart modeli — yəni onun təxminən 27 faizini təşkil edən naməlum qaranlıq maddə anlayışı — səhv ola bilər. Onun iddiasına görə, mövcud nəzəriyyələr elmi inkişafı məhdudlaşdırır.
"Bu tədqiqatın nəticələri göstərir ki, Kainatın 26,7 milyard il yaşında olması barədə əvvəlki işimiz qaranlıq maddəyə ehtiyac olmadan Kainatın mövcudluğunu izah edə biləcəyimizi ortaya qoydu", deyə Rajendra Qupta bildirib.
Yeni model iki əsas ideyanın birləşməsinə əsaslanır: kovarivasiya edən əlaqə sabitləri (CCC) və "yorğun işıq” (TL) nəzəriyyəsi.
Bu yanaşmaya görə, təbiət qüvvələri zamanla zəifləyə bilər, işıq isə böyük məsafələr boyunca hərəkət edərkən enerji itirir. Məqalədə qeyd olunur ki, bu model kainatın sürətlənən genişlənməsini qaranlıq enerji və qaranlıq maddə kimi əlavə komponentlərə ehtiyac olmadan izah etməyə çalışır.
Mövcud elmi baxışa görə, kainatın təxminən 5 faizini adi maddə (ulduzlar və planetlər) təşkil edir, qalan hissə isə qaranlıq maddə və qaranlıq enerjiyə aid edilir. Lakin Gupta bu bölgünün doğru olmadığını düşünür.
Onun sözlərinə görə, bəzi tədqiqatlar qaranlıq maddənin mövcudluğunu şübhə altına alsa da, onun modeli kosmoloji müşahidələrlə daha yaxşı uyğunlaşır.
"Qaranlıq maddənin mövcudluğunu sual altına alan bir neçə məqalə var, lakin mənim bildiyimə görə, bu, onu kosmoloji səviyyədə tamamilə aradan qaldıraraq əsas müşahidələrlə uyğunlaşan ilk yanaşmadır", deyə alim əlavə edib.
Əgər bu nəticələr gələcək testlərdə təsdiqlənərsə, bu, astrofizikada son yüz ilin ən böyük elmi inqilablarından birinə çevrilə bilər və zaman, məkan və kainatın mənşəyi haqqında anlayışları köklü şəkildə dəyişə bilər.
Aydın
Şərhlər