Əlincə qalasında üsyan Rusiyanı məhv olmaqdan necə xilas elədi?
Rusiya Pravoslav Kilsəsinin arxivlərində əksər sənədlər var ki, onların təhlili və araşdırılmasına şərait yaratmırlar. Lakin əksər kilsə xidmətçiləri və Rusiyada pravoslavlığın tarixini araşdıran 1395-ci ildə Əmir Teymurun Rusiya torpaqlarına yürüşü və son anda Naxçıvanda yerləşən Əlincə qalasında baş verən üsyanın onların dövlətçilik tarixini xilas etməsini etriaf edirlər.
Ptolemeyin əsərində ‘Αλινζα adlı 2 şəhərin koordinatları verilir; hər ikisi də Ekbatanadan qərbdə yerləşirdi. Hələ XIX əsrin sonunda F.Andreas və M.Ştrek onlardan birini Aşşur mətnlərindəki Elenziaş (və ya Araziaş) şəhərilə eyniləşdirmişlər.Digərini isə Naxçıvandakı Əlincə ilə eyniləşdirmək olar. Həmdullah Mustovfi "Nüzhətül-qülub” əsərində yazır: "Naxçıvanda bir neçə möhkəm qala mövcuddur: "Əlincəq” qalası, "Surmari”, "Toğmər” və "Fəğan” qalaları”
***
1370-ci ildə Mərkəzi Asiyada Teymurilər dövlətinin əsasını qoyan Əmir Teymur sonrakı illərdə Xarəzm, Şərqi Türküstan, İran, Azərbaycan, Dehli Sultanlığı, İraq, Suriya, Qızıl Orda Dövləti və Osmanlı İmperiyasına məxsus torpaqları ələ keçirdi.
Ərəb tarixçi Əhməd İbn Məhəmməd ibn Ərəbşah Əlincə qalası barədə maraqli məlumat vermişdir: "Hicri 785-ci ildə Teymur Təbriz şəhərini qarət etdi və qoşunun bir hissəsini Əlincə qalasına doğur göndərdi. Əlincə qalası qartalların uça biləcəyi yüksəkliklərə qədər ucalan bir qala idi. Orada sarayların başı ulduzlara qədər ucalmış və qala düşmən hücumlarından tam amanda qalmışdır. Teymur bu qalanı on iki il mühasirədə saxladı”
Əmir Teymurun qoşunları 1386-1401-ci illərdə qalaya 4 dəfə yürüş etmişdir. Lakin qala müdafiəçiləri Əlincəqalanı mərdliklə qorumuşlar. Əmir Teymur 14 il ona müqavimət göstərən qalanın möhtəşəmliyinə heyran qalmışdır.
Əmir Teymurun Hindistan səfəri dövründə Azərbaycanda, eləcə də Cənubi Qafqazın bir çox yerlərində müstəqillik uğrunda mübarizə başlandı. Yerli hakimlər teymurilərə itaət etməkdən boyun qaçırdılar. Bu zaman Əlincə qalasının müdafiəçilərinə köməyə gələn Şəki və Gürcü hakimləri teymurilərə qarşı onlara kömək etdilər və hətta bir çox hallarda qələbələr də əldə etdilər.
Bu dövrlərdə Azərbaycana hakim olan Miranşah elə bir siyasət həyata keçirirdi ki, yerli hakimlər və xalq kütlələrinin ciddi narazılığına səbəb olurdu.
Hindistandan Səmərqəndə qayıdarkən yolda Təbrizdən gəlmiş qasiddən Azərbaycanda və xüsusilə Əlincəqaladakı vəziyyət barədə məlumat alır və Səmərqəndə çatandan cəmi 4 ay sonra təcili buraya yollanır. Əlincəqalaya 5 – 6 əmirin başçılığı ilə qoşun hissələri göndərilir. Qala öz daxilində yaranmış münaqişə nəticəsində başsız qaldığından təslim olur. Onun kutvalı Əhməd Oğulşayi tutularaq Teymurun hüzuruna aparılır və öldürülür.
Hətta Əmir Teymur bir müddətlik Əlincəni ələ keçirə bilmişdir və şəxsən Əlincəyə qalxmışdır. Onun oğlu Miranşah qalanı ala bilməyib əsla.
Aleksey Artemyev https://www.pravoslavie.ru/ saytında araşdırmasına yazır:
"1395-ci ildə, demək olar ki, bütün Kiçik Asiyanın və Qafqazın bu nəhəng fatehi Rusiyaya yürüşə başladı. Ryazan sərhədlərinə çatdı, Yelets şəhərini dağıtdı və Moskvaya doğru irəliləyərək Donun yuxarı axınına yaxınlaşdı. Vasili Dmitrieviç cəsarətlə Moskva ordusu ilə düşmənlə görüşmək üçün Kolomnaya getdi, lakin hər kəs qüvvələrin çox qeyri-bərabər olduğunu başa düşdü”
16 avqust tarixində Moskva mühasirəyə alınır. Bütün şəhər əhalisi başda knyaz Vasili Dmitreviç olmaqla ağ kəfən geyinib boyunlarından qılınc asıb 10 gün ərzində Mariya İkonası qarşısında diz çəkərək " Ey İlahinin anası, rus torpaqlarını xilas elə" deyə dua edirlər. Ruslar artıq hər şeyin bitdiyini və məhv olacaqlarına tam əmin idilər ki.
26 avqust 1395-ci il 26 avqustunda şəhərə hücum əmri verilməzdən əvvəl Əmir Teymurun çadrına çapar gəlir və ordu dərhal yığışıb geri dönürlər.
Ruslar indiyə qədər bunun Mariya İkonasının gücü olduğuna inansa da əsl səbəb Azərbaycanın Naxçıvan bölgəsində Əmir Teymurun oğlu Miranşahın mühasirədə saxladığı Əlincə qalasında Xacə Cövhər və Əmir Altunun rəhbərliyi ilə üsyanın başlanması və Teymur ordusuna ağır zərbə vurması olur. Məhz Azərbaycanda başlanan üsyanın yatırılmasını Moskvanın işğalından üstün tutan Əmir Teymur geri dönür. O gündən bəri Rusiya zamanla güclənərək işğalçı imperiyaya çevrilir.
Əksər zaman sual verirlər ki, niyə məhz Əlincə, niyə məhz Azərbaycan coğrafiyası Əmir Teymur üçün önəmli idi?
Bunun sadə cavabı var:
Mənbələrdən bəlli olur ki, təkcə 1387-1392-ci illərdə Azərbaycana və onun paytaxtı hesab edilən Təbrizə 17 dəfə hücum edilmiş və 14 hücumun nəticəsində şəhər əldən-ələ keçmişdi. O dövrdə Azərbaycana sahib olmaq həm də dünyaya nəzarəti əldə saxlamaq idi. Buna görə də Azərbaycana olan hücumların ardı-arası kəsilmirdi. Bu o zaman idi ki, hələ dəniz ticarəti mövcud deyildi.
Quru ticarəti isə Azərbaycansız mümkün deyildi.
Əlincə qalasının əhəmiyyəti barədə Həsən Rumlu "Əhsənüt-təvarix” əsərində Əmir Teymurun oğlu və mirzəsi Şeyx Ömərin adından belə qeyd edir:
"Müxaliflər Azərbaycan ölkəsini tutduqda, istəmədim ki, o möhkəm yer onların sığınacaq yerinə çevrilsin. İndi isə bu irsi məmləkət sizin kimi sultanın əlinə keçmişdir, əgər fərman etsəniz, oranı iki gün ərzində abad edərəm”
Prof. Dr. Zaur Aliyev
Şərhlər