Azərbaycan ilə ABŞ arasında Orta Dəhlizin inkişafı və bu istiqamətdə daşımaların perspektivləri müzakirə edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Facebook" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
"ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon ilə görüş keçirdik. Görüş zamanı nəqliyyat, Orta Dəhlizin inkişafı və bu istiqamətdə daşımaların perspektivlərini müzakirə etdik. Eyni zamanda telekommunikasiya, kibertəhlükəsizlik, süni intellekt, kadr potensialının artırılması və ABŞ şirkətləri ilə gələcək əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi apardıq", - nazir qeyd edib.
Şərhlər