Xəbər lenti

Çindən iki
Ekonomiks 18:50 18.12.2025

Çindən iki "Changan Qiyuan" gətirən "Otoqallery" MMC cərimələndi

"Otoqallery" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib. 

Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə irəli sürülüb.

Məhkəmədə məlum olub ki, "Otoqallery” MMC Çindən gələn 2 ədəd 2025-ci il buraxılış "Changan Qiyuan” markalı nəqliyyat vasitəsi barəsində qısa idxal bəyannaməsi vaxtında verməyib. Məhkəmənin hökmü ilə MMC 1500 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1 000 manat, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə olunur.

Xatıradaq ki, nizamnamə kapitalı 50100 AZN olan "Otoqallery” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Rəşidov Rəşad Aydın oğludur. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->