Xəbər lenti

Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat
Ölkə 15:45 19.12.2025

Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat

"Yüksək balla universitetimizə qəbul olan tələbələrə təqaüdlərin verilməsi xüsusi əhəmiyyət kəsb edir"

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən dinləmədə çıxışı zamanı Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov deyib.

Z.Qurbanov qeyd edib ki, universitetin qərarı ilə 400-600 arası bal toplayaraq universitetə qəbul olunan tələbələrə 150 manat, 600 baldan çox toplayaraq qəbul olanlara 250 manat, sessiyada bütün fənlərdən əla qiymət alanlara əlavə 100 manat, ingilis dilində tədris alan tələbələrə isə əlavə 70 manat təqaüd təsis olunub.

Qafqaz Rafiqoğlu

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->