Ağcəbədidə pensiya və sosial müqavinət düzəltmək adı ilə 5 nəfərə qarşı dələduzluq edən şəxsə hökm oxunub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Ağcəbədi Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ittiham olunan Fuad Quliyev (şərti) 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İş materiallarından məlum olur ki, Fuad Quliyev özünü geniş əlaqələri olan şəxs kimi təqdim etməklə zərərçəkənlərə pensiya, sosial müavinət, əlillik dərəcəsi düzəldəcəyi barədə vəd verib. Bunun müqabilində isə onlardan müxtəlif məbləğlərdə pul alıb. Lakin verdiyi vədi yerinə yetirməyib.
Hüquq-mühafizə orqanlarına şikayətdən sonra Fuad Quliyev saxlanılaraq müvafiq maddə ilə cinayət məsuliyyətinə cəlb edilib. O, məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib.
Seyid
Şərhlər