Xəbər lenti

50 yaşdan yuxarı dairəvi üz formasına sahib qadınlar üçün ən yaxşı seçimlər (VİDEO)
Video 23:21 08.08.2025

50 yaşdan yuxarı dairəvi üz formasına sahib qadınlar üçün ən yaxşı seçimlər (VİDEO)

Məşhur stilist və "Beachwaver Co” şirkətinin qurucusu Sara Potempa "Parade” nəşrinə dairəvi üz forması, xüsusilə də 50 yaşdan yuxarı qadınlar üçün ən uğurlu saç düzümü və kəsimləri açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, düzgün saç modeli üzü vizual olaraq uzada, incəldə, konturları vurğulaya, cizgiləri yumşalda və hətta "liftinq” effekti yarada bilər. Dairəvi üz forması ilə işləməyin çətin olduğu düşüncəsi isə sadəcə mifi xatırladır — əslində bu forma ilə çoxsaylı modellər mükəmməl uyğunlaşır. Əsas məsələ balans tapmaqdır.

Stilistin tövsiyə etdiyi modellər:

Yan kəkil: Diaqonal kəkil üzdəki eni vizual olaraq "parçalayır” və daha uzunsov oval forma illüziyası yaradır. Qurudarkən dairəvi daraqdan istifadə etmək və saçları böyümə istiqamətinin əksinə yönləndirmək məsləhətdir.


Uzun "bob": Yüngül qatlı və üzü çərçivələyən tutamlar yanaqları vizual olaraq incəldir, yumşaqlıq əlavə edir və görüntünü ağırlaşdırmadan forma verir.

Həcmli formalaşdırma: Saça hündürlük və forma verərək üzü uzadır. Bunun üçün yaş saça həcmverici mus vurulur, saç köklərinə diqqət yetirilərək fenlə qurudulur, sonra iri diametrli buruq ucluqlar ilə formaya salınır.


Səliqəsiz "plaz dalğaları": Yumşaq tekstura baxışın aşağıya yönəlməsini təmin edir, üz xəttini incəldir. Burğu üzdən uzaq istiqamətdə edildikdə yanaq sümükləri və çənə xətti vurğulanır.

Teksturalı "pixie": Yuxarı hissədə həcm, yanlarda isə qatlı, kəsik uclar üzü vizual olaraq uzadır və daha strukturlu görünüş yaradır.

Həcmli yan ayrım: Mərkəzi ayrım yerinə dərin yan ayrım üzdəki simmetriyanı dəyişdirir, yanaq sümüklərini vurğulayır, dram və həcm qatır.


Uzun qatlar: Klassik və universal seçimdir. Qatlar həcmi artırır, hərəkət verir və üzü uzadır. Yumşaq dalğalarla birləşdirildikdə isə daha elegant effekt əldə olunur.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->