Yaxın Şərqdə gərginləşən münaqişə fonunda İran və İsrail 2025-ci ilin ikinci rübü üzrə dünyada ən çox kiberhücumlara məruz qalan ölkələrin ilk beşliyinə daxil olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "StormWall" şirkətinin mətbuat xidməti məlumat verib.
Qlobal reytinqə əsasən, İsrail ümumi kiberhücumların 8,4%-i ilə dördüncü, İran isə 8,1%-lik payla beşinci yerdə qərarlaşıb. Hər iki ölkə siyasi motivli aktivistlərin rekord sayda DDoS hücumlarına məruz qalıb.
"StormWall"un araşdırmasına görə, 2025-ci ilin ikinci rübündə dünyada DDoS hücumlarının ümumi sayı ötən ilin analoji dövrü ilə müqayisədə 108% artıb. Ən çox hücuma məruz qalan ölkələr arasında ABŞ birinci yerdədir - ümumi hücumların 12,6%-i bu ölkənin payına düşür. Ardınca Çin (10,4%) və Hindistan (9,2%) gəlir. Ekspertlər bu ölkələrin həssaslığını onların inkişaf etmiş iqtisadiyyatı və geosiyasi münaqişələrdə, o cümlədən Hindistan və Pakistan arasındakı qarşıdurmada iştirakları ilə əlaqələndirirlər.
6-10-cu yerlərdə isə Almaniya (7,6%), Böyük Britaniya (7,3%), Rusiya (6,4%), Səudiyyə Ərəbistanı (5,3%) və Sinqapur (5,1%) qərarlaşıb.
Aydın
Şərhlər