Xəbər lenti

Casusluq şübhəsi ilə saxlanılan isveçli diplomat ölü tapıldı
Dünya 17:14 17.05.2025

Casusluq şübhəsi ilə saxlanılan isveçli diplomat ölü tapıldı

Qısa müddət əvvəl casusluq şübhəsi ilə saxlanılan isveçli yüksək rütbəli diplomatlardan birinin vəkili bildirib ki, müvəkkili polisin onu sərbəst buraxmasından bir neçə gün sonra vəfat edib.

İsveçin Təhlükəsizlik Xidməti (SAPO) şəxsiyyəti açıqlanmayan həmin şəxsi bazar günü saxlayaraq çərşənbə gününə qədər dindirilmək üçün nəzarətdə saxlayıb. Prokurorluq onun çərşənbə günü dindirildikdən sonra sərbəst buraxıldığını açıqlayıb.

İsveçin "Svenska Dagbladet" yayım qurumuna danışan polis nümayəndəsi bildirib ki, onun ölümü ilə bağlı istintaq başlansa da, "cinayət törədildiyinə dair hər hansı şübhə yoxdur".

Vəkili Anton Strand "Reuters" agentliyinə bildirib: "Bu səhər bu faciəli xəbəri eşitdim və düşüncələrim ailəsi ilədir". Strand əlavə edib ki, diplomat üzərinə qoyulan hər hansı ittihamı rədd edib və işin aparılma qaydası ilə əlaqədar olaraq polisə şikayət ünvanlayıb. Polis onu sərbəst buraxdıqdan sonra diplomat tibbi yardım da alıb.

Strand həmçinin deyib: "Ailə, yaxınlarının artıq verdiyi hücum və sui-istifadə şikayəti ilə bağlı polis hesabatını da yaxından izləməyimi istəyir".

İctimai yayımçı "SVT" məlumat verib ki, diplomat İsveçin bir neçə diplomatik nümayəndəliyində çalışıb və SAPO onun hökumətin milli təhlükəsizlik müşaviri Tobias Tibergin ötən həftə istefa verməsi ilə mümkün əlaqəsini araşdırır.

Tiberg, bir tanışlıq tətbiqindəki həssas fotolarının hökumətə və mediaya sızdırılmasından yalnız bir gün sonra vəzifəsindən ayrılmışdı.

İsveç Xarici İşlər Nazirliyi əməkdaşlarından birinin vəfat etdiyini təsdiqləsə də, əlavə açıqlama verməkdən imtina edib.

Nazirlikdən verilən açıqlamada deyilir: "Təəssüf ki, Xarici İşlər Nazirliyinin bir əməkdaşının həyatını itirdiyini təsdiqləyə bilərik. Yaxınlarını düşündüyümüz üçün əlavə məlumat verməkdən çəkinəcəyik".

SAPO sözçüsü həmin şəxsin adını açıqlaya bilməyəcəklərini bildirib.

"Sorğularla bağlı danışmaq yasağı mövcuddur", – deyə o əlavə edib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->