Azərbaycan millisinin futbolçusu Zamiq Əliyev Albaniya çempionu titulunu qazanıb.
Qaynarinfo xəbər verir ki, onun çıxış etdiyi "Eqnatiya" həlledici görüşdə "Vlajniya" ilə qarşılaşıb.
Z.Əliyevin komandası inamlı oyunla 4:0 hesablı qələbə qazanıb. "Eqnatiya" tarixində ikinci dəfə ölkə çempionu olub. Komanda ilk dəfə ötən mövsümdə bu uğura nail olmuşdu.
Qeyd edək ki, Zamiq final görüşündə start heyətdə meydana çıxıb və 90 dəqiqə meydanda olub.
Şərhlər