Xəbər lenti

Alman məmur dələduzluq edib arvadına xərclədi - Dəbdəbəli həyatın sonu... (FOTO)
Foto 21:21 24.08.2025

Alman məmur dələduzluq edib arvadına xərclədi - Dəbdəbəli həyatın sonu... (FOTO)

Bavariya Ştat Kanslerliyinin əməkdaşı Daniel B. həyat yoldaşı Dana E. ilə dəbdəbəli həyat sürüb: Mikonosda şampan, Dubayda 1100 avroluq qızıl steyk, birinci sinif uçuşlar, bahalı çantalar və yaxtalar. 

Qaynarinfo xəbər verir ki, məhkəmədə o, belə etiraf edib:

"Biz varlıların və çılğınların həyatını yaşayırdıq, sükanı bir barmaqla idarə edərək 300 km/saat sürətlə gedirdik".

Nişanlısının varlı ər istəyi qarşısında əvvəlcə nənəsinin mirasını və 50 min avro kreditini xərcləyən Daniel daha sonra Estoniyada "E. Capital" adlı "investisiya şirkəti" qurub. O, ümumilikdə 1 milyon avrodan çox pul yatıran 11 investoru aldadıb. Pulun hamısını həyat yoldaşına hədiyyələrə, Maldivlərə, Dubaya səyahətə və dəbdəbəli toya sərf olunub. 170 min avronu isə birbaşa həyat yoldaşının hesabına köçürüb.

Auqsburq məhkəməsi Danieli fırıldaqçılığa görə 4 il həbs cəzasına məhkum edib. O, hazırda həbsxanada tualet təmizlədiyini bildirib. Hakim isə onun həyat yoldaşına qarşı obsesiv münasibətini vurğulayıb.

Dana E. isə ərinin həbsindən sonra dərhal ondan ayrılıb. Məhkəmə onun fırıldaqlardan xəbərdar olduğunu sübut edə bilməyib. Daniel prosesdə belə həyat yoldaşını müdafiə edərək üzr istəyib: "Ona yedirdiyim bütün yalanlara görə üzr istəyirəm".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->