Xəbər lenti

Dünya 11:32 14.05.2025

"Yoldaş Putin, Allah xətrinə, İstanbula get": Müttəfiqi onu yola gətirməyə çalışır

Braziliya Prezidenti Luis İnasio Lula da Silva bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putini 15 mayda İstanbulda keçiriləcək danışıqlarda iştirak etməyə razı salmaq üçün onunla şəxsən danışmağa çalışacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə "Ouest-France” qəzeti Pekində keçirilən mətbuat konfransında Lula da Silvanın dediyi sözlərə istinadla məlumat yayıb.

"Putinlə danışmağa çalışacağam. Mənim üçün ona demək çətin deyil: "Ay yoldaş Putin, İstanbula get və Allah xətrinə danışıqlar apar”, – deyə braziliyalı lider bildirib.

Xatırladaq ki, Çin və Braziliya bundan əvvəl birgə bəyanat yayaraq, Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə sülh danışıqlarına başlamaq təklifini alqışladıqlarını bildirmişdilər. Çin agentliyi "Sinxua” yazır ki, sənəddə hər iki ölkə birbaşa dialoqu münaqişəyə son qoymağın "yeganə yolu” adlandırıblar.

Ukrayna tərəfi daha əvvəl Braziliyaya müraciət edərək, Türkiyədəki danışıqlarda Kremlin rəhbəri Putinin şəxsən iştirak etməsi üçün Moskvaya təzyiq göstərməsini istəmişdi.

Xatırladaq ki, danışıqlar 15 mayda İstanbulda keçiriləcək. Ukrayna Prezidenti Volodimir Zelenski görüşdə iştirakını təsdiqləyib və əlavə edib ki, bu danışıqlar yalnız Putinin şəxsən iştirakı ilə mənalı olacaq.

Hazırda Kremlin Putinin danışıqlara qatılıb-qatılmayacağına dair rəsmi təsdiqi yoxdur.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->