Xəbər lenti

Yeni sədr də
Ölkə 19:14 14.05.2025

Yeni sədr də "Georgi lenti" taxıbmış... (FOTO)

Xəbər verdiyimiz kimi, İmişlidə 9 may tədbirləri zamanı SSRİ bayrağı qaldıran rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov vəzifəsindən azad olunub. Onun tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti” ilə çıxış etməsi Saleh Səmədova baha başa gəlib.

"Qafqazinfo”nun məlumatına görə, S.Səmədovun vəzifəsindən azad edilməsindən sonra İmişli Rayon Ağsaqqallar Şurasının sədrlik müvəqqəti olaraq sədrin birinci müavini Vahid Tağıyevə həvalə olunub.

Ancaq maraqlıdır ki, Vahid Tağıyev də Saleh Səmədovdan geri qalmır. Belə ki, Vahid Tağıyev də qalmaqala səbəb olan tədbirə sinəsinə "Georgi lenti” taxaraq qatılıb.

Qeyd edək ki, S.Səmədovun atdığı addım Azərbaycan Ağsaqqallar Şurasının Nizamnaməsinin tələblərinin pozulması kimi qiymətləndirilmişdi. Qurumun bu dəfə Vahid Tağıyevin sinəsindəki "Georgi lenti”nə necə reaksiya verəcəyi maraqla gözlənilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->